Tərkibi:
Xəmir üçün:
● Duz - 1 ç.q.
● Süd (orta yağlı) - 375 ml.
● Un (buğda) - 600 qr.
● Yağ (kərə) - 60 qr.
● Şəkər tozu - 1 x.q.
● Maya (quru) - 10 qr.
İçlik üçün:
● Duz - zövqə görə
● Soğan (baş) - 1 ədəd
● Su - 3 x.q.
● Qiymə (mal əti) - 800 qr.
● İstiot - zövqə görə
Qızartmaq üçün:
● Yağ (bitki)
Hazırlanması:
1) Mayanı iliq süddə açın, şəkər tozu və un əlavə edin, qatı xama konsistensiyası kimi acıtma alınır. Üstünə dəsmal örtün və gəlməyi üçün isti yerə qoyun;
2) Acıtma hazır olan kimi ərinmiş kərə yağı, duz, un əlavə edin və yumşaq və elastik xəmir yoğurun. Xəmirin üstünü dəsmalla örtün və 1 saat isti yerə qoyun. Xəmir 2 dəfə artmalıdır;
3) Qiyməyə xırda doğranmış soğan və soyuq su əlavə edin, zövqə görə duz, istiot səpin, yaxşıca qarışdırın;
4) Xəmir gələndən sonra azacıq yoğurun və 45-50 qramlıq kündələr düzəldin. Stoulun üstünü unlayın, kündələri 0.3-0.5 mm. qalınlığında yayın, ortasına içlikdən qoyun, kənarlarını çimdikləyin, ortasında dəlik qoyun;
5) Bitki yağını orta odda qızdırın. Belyaşları əvvəl dəlik olan tərəfini qızardın, sonra çevirin, odu azacıq azaldın, digər tərəfini də qızardın. Orta odda qızartmaq lazımdır ki, xəmir və içlik yaxşı bişsin (hər tərəfini təqribən 7 dəq.);
6) Sağlam həyat tərzinə üstünlük verənlər belyaşları SOBAda bişirə bilərlər. Bunun üşün əvvəlcədən SOBAnı 180°–200°С qızdırın və 40-45 dəq. bişirin.