Bəhmən Vətənoğlu - O gedən

Son güncelleme: 14.10.2016 13:35
  • O Gedən

    Aman allah ağılımı apardı,
    Hansi dağın maralıdı o gedən.
    Ürəyimi öz yrindən qopardı.
    Heç bilmirəm haralıdı o gedən,

    Günəş kimi yox üzünün örpəyi,
    Gözəllərin,göyçəklərin göyçəyii,
    Dağ döşündə çiçəklərin çiçəyi,
    Ulduzların hilalıdı o gedən.

    Camalında nə qüssə var nə qələt,
    Gül üzündən gün də çəkir xəcalət,
    Bir rəssamın yaratdığı bir surət,
    Bir şairin xəyalıdı o gedən.

    Ah ay qurğu quran olmaz belə iş,
    Belə türfə gözəl nə qəmlər yemiş.
    Yar ucundan aşıq Ələsgər demiş,
    Bəhmən kimi yaralıdı o gedən.

    Bəhmən Vətənoğlu
#14.10.2016 13:35 0 0 0