Pakistan bizim ən yaxın dostlardan biridir

Son güncelleme: 14.10.2016 13:47
  • “Pakistan bizim üçün ən yaxın dostlardan biridir. Biz müxtəlif sahələrdə əlaqələrimizi inkişaf etdirmək istəyirik. Bizim çox yaxın siyasi əlaqələrimiz var. Biz baş nazirlə siyasi əməkdaşlığımızın səviyyəsinin çox yüksək olduğunu müzakirə etdik”.

    APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham ƏliyevPakistan İslam Respublikasının baş naziri Məhəmməd Nəvaz Şəriflə geniş tərkibdə keçirilən görüşdə deyib.

    O qeyd edib ki, Pakistanın baş nazirinin rəsmi səfəri ölkələrimiz arasında çox yaxın əməkdaşlığı davam etdirdiyimizi göstərir.

    “Biz iqtisadi əməkdaşlığımızı, investisiya sahəsində əməkdaşlığı genişləndirməli, qarşılıqlı ticarət mübadiləsini inkişaf etdirməli, humanitar məsələlərə çox diqqət yetirməli, çox geniş və səmərəli əməkdaşlıq aparmalıyıq. Biz bütün beynəlxalq məsələlərdə bir-birimizi dəstəkləyirik. Azərbaycan Kəşmirlə bağlı məsələlərdə hər zaman Pakistanı dəstəkləyir. Pakistan da Dağlıq Qarabağ probleminin həlli ilə bağlı məsələlərdə hər zaman bizi dəstəkləyir. Biz bütün beynəlxalq təşkilatlarda birlikdəyik. Baş nazirin bugünkü səfəri görülmüş işlərə yenidən nəzər salmaq və gələcək planları müəyyənləşdirmək üçün yaxşı imkandır”, - deyə prezident vurğulayıb.


    alıntı
#14.10.2016 13:47 0 0 0