Bəhmən Vətənoğlu - Qocalam

Son güncelleme: 17.10.2016 11:42
  • Qocalam
    Min il ömrüm olsa cavan yaşaram,
    Eşqi bir gözəlin qoymaz qocalam.
    Çoxda vüsalına həsrət qalmışam,
    Heç onun özüdə qoymaz qocalam.

    Saxlar söylədiyim sözü qəlbində,
    Yanar məhəbbətin közü qəlbində,
    Gəzdirər eşqimi özü qəlbində,
    Sirrimi ellərə yaymaz qocalam.

    Bəhmənəm, bu yolda hələ varam mən,
    Onsuz bu dünyada ucalmaram mən,
    Onun eşqi ilə qocalmaram mən,
    Bəlkə həsrətindən biraz qocalam.

    Bəhmən Vətənoğlu
#17.10.2016 11:42 0 0 0