Faiq Ağayevdən yeni mahnı Zanqeyarım – VİDEO

Son güncelleme: 17.10.2016 12:20
  • noimage

    Xalq artisti Faiq Ağayev repertuarına yeni bəstə daxil edib. Lent.az-ın məlumatına görə, F.Ağayev “Zanqeyarım” adlı talış xalq mahnısına ikinci həyat verib, onu yeni versiyada oxuyub. Mahnının Azərbaycan dilində mətni üzərində Vahid Əziz, aranjimanını isə Cavid Şirinov edib.


    Xatırladaq ki, bu bəstəni ilk dəfə ötən əsrin 60-cı illərində SSRİ-nin Xalq Artisti, dahi Rəşid Behbudov oxuyub.
    (https://youtu.be/wI41_haXvyo )

    Qeyd edək ki, talış dilində "zanq" (zənq) sözü "ay ışığının suda əksi" anlamını verir. Talış qadınları bir zamanlar öz həyat yoldaşları üçün oruc tuturmuşlar. Ay bədrlənib, suyun üzərində əksi görünəndə isə bayram edib, oruclarını açarmışlar. Mahnının mətnində bu maraqlı adət öz əksini tapır.

    "Zanqeyarım" mahnısı sırf qadınla bağlı olub, qadın dilindən ifa olunduğuna görə, mətndə bəzi zəruri dəyişikliklər edilib. Bu işdə şair Əli Nasir və yazar Aytən Eyvazonun xidmətləri olub. Mahnı ilə bağlı araşdırmaları isə gənc tarixçi Rəzzaq Xansıvo edib.

    https://youtu.be/RcmOKfZbYhw

    Yalçın UĞUR
#17.10.2016 12:20 0 0 0