“Namiq Qaraçuxurlu ilə yenidən duet oxuya bilmərik”. Bu sözləri “Həyat tərzi” verilişində xalq artisti Aygün Kazımova deyib. O bildirib ki, meyxanaçı onunla yenidən bir araya gəlməyə cəsarət etmir: “Namiq, mən səndən fərqli olaraq haqqında rahat danışa bilirəm. Sən hər şeyi sirr saxlayırsan. Eşqimizi belə sirr saxlayırdın. Namiqlə heç vaxt duet olmayacam. Namiq istəmir, söz-söhbətdən çəkinir. Burdan ona səslənirəm, çəkinmə... Bəlkə də, bizim duetimizi gözləyənlər var”.
Daha sonra verilişin davamında xalq artistinin həyatı ilə bağlı süjet yayımlanıb. Bu zaman isə A.Kazımova göz yaşlarını saxlaya bilməyib: "Canım, niyə belə etdinizz? “