Qeyri-adi və tez başa gələn çox dadlı kartof qızartması

Son güncelleme: 30.10.2016 07:13
  • Qeyri-adi və tez başa gələn kartof qızartmasının hazırlanma qaydasını təqdim edirik

    Tərkibi:

    3 kartof
    2 yumurta
    duz
    istiot
    ədviyyat (zövqə görə)

    Hazırlanması:

    Kartofu sürtgəcin iri gözündən keçirin. Yumurta, duz, istiot, sevdiyiniz ədviyyat vurub yaxşıca qarışdırın.

    Qaşıqla götürərək qızdırılmış tavaya blinçik kimi yayın (bütün tava boyu). Hər iki üzünü qıpqırmızı qızaranadək bişirin.

    noimage

    noimage

    noimage

    noimage

    noimage

    Nuş olsun!
#30.10.2016 07:13 0 0 0