1-2 gün evdə olmayacaqsınızsa, soyuducuya qəbik pul qoyun

Son güncelleme: 30.10.2016 07:19
  • Soyuducuya xırda pul qoymağın faydası
    İstər-istəməz siz evdə olmadığınız müddətdə elektriklərin kəsildiyini, ət məhsulların buzunu əridiyini və yenidən donduğunu bilə bilməzsiniz, elə deyilmi?

    ABŞ-dakı bəzi bölgələrdə Mathew qasırğası sonrası, evlərini tərk etmək məcburiyyətində qalan insanlar üçün Sheila Pulanco Rassel adlı bir xanım qəribə bir üsul təklif edib və bu üsul paylaşma rekordları qırır.

    Beləki:, Sheila-nın üsuluna görə evdə olmadığınız müddət içərisində elektriklərin kəsilib kəsilmədiyini və bu yolla yeməklərin pozulub pozulmadığını anlaya bilərsiniz.

    Üsul üçün lazımlı material:

    1 fincan

    Su və 1 ədəd metal pul

    Soyuducunun dondurucusuna əvvəlcə içi su ilə dolu fincanı yerləşdirin və donmasını gözləyin. Donduqdan sonra üzərinə metal pul qoyub yenidən dondurucuya qoyun.

    Əgər siz evdə olmayan müddətdə elektriklər kəsilibsə, metal pul aşağı doğru düşübsə, yeməklər xarab olmuş deməkdir. Əgər pul buzun üzərində durursa, hər şey qaydasındaır demək, yemək lərin, ət məhsulları xarab olmamışdır.

    alıntı
#30.10.2016 07:19 0 0 0