Yarım stəkan nar suyu və bir ovuc xurma ürək sağlamlığı üçün çox faydalıdır.
Qərb mətbuatının apardığı tədqiqat nəticəsində yarım stəkan nar suyu və bir ovuc xurma ürək-damar sisteminə müsbət təsir edir. Bu qarışıq ürək-damar xəstəlikləri və iflic riskini azaldır.
Xurmanın çəyirdəyini də əzərək nar suyuna qatmaq bu faydanı daha da artıra bilər. Çəyirdəklər yeyilməsə də, nar suyu və xurma damar sərtliyi 33 %, damarlara yağ yığılması isə 28 % azalır.
Narın və xurmanın tərkibində damar sağlamlığına müsbət təsir göstərən antioksidantlar var. Bu antioksidantlar xolesterinin də qarşısını alır.
Digər bir tədqiqatın nəticəsinə görə, hamilə qadınlar tez-tez nar suyu içsə, körpənin beynində yarana bilən zədələrin qarşısını ala bilərlər.