Eurovision təmsilçimiz haqqında

Son güncelleme: 13.05.2019 14:34

  • noimage

    Hər il olduğu kimi, bu il də ölkəmiz "Eurovision" mahnı müsabiqəsində yer alıb. İsrailin Tel-Əviv şəhərində keçiriləcək “Eurovision-2019”da Azərbaycanı Çingiz Mustafayev təmsil edəcək.

    Lent.az mövzunun aktuallığını nəzərə alaraq müğənni Çingiz Mustafayevin həyat və fəaliyyəti ilə sizi tanış edir:

    Çingiz Mustafayev 11 mart 1991-ci ildə Moskvada anadan olub və 6 yaşınadək orada yaşayıb. Müğənni Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycana qayıdıb və Qazax rayonunda yaşamağa başlayıb. O, yeniyetmə yaşlarında gitarada ifa edib, mahnılar bəstələyib. Ç.Mustafayevin musiqiyə olan həvəsi ona atasından keçib. Belə ki, müğənninin bildirdiyinə görə, atası həvəskar piano ifaçısı olub.

    13 yaşında anası və qardaşı ilə Qazaxdan Bakıya köçüb. O, həmin dövrdə qatıldığı "Pop İdol" verilişinin Azərbaycan versiyasında qalib gəlib.

    Çingiz Mustafayev ATV-də yayımlanan "Yeni ulduz” mahnı müsabiqəsinin qalibi olduqdan sonra peşəkar və böyük səhnədə məşhurluq əldə etməyə başlayıb.

    2013-cü ildə Yurmalada keçirilən “Yeni Dalğa” müsabiqəsində Azərbaycanı təmsil edən ifaçı, həmin müsabiqədə 11-ci yerə çıxıb. Daha sonra o, 2016-cı ildə Ukraynanın “Holos Krainy” səs yarışmasında iştirak edib.

    İfaçı itləri, səyahəti və yoqanı çox sevir.

    Qeyd edək ki, Azərbaycan milli musiqisini əsasən flamenko, rok və pop ilə qarışdıraraq ifa edən Mustafayev bu dəfə fərqli tərzdə çıxış edərək "Eurovision"da bolqarıstanlı-avstriyalı bəstəkar Borislav Milanovun "Truth" adlanan əsərini səsləndirəcək.

    Xatırladaq ki, müsabiqənin yarımfinalları 14 və 16 may, final isə mayın 18-də baş tutacaq.

    https://youtu.be/mInJ7kF_aHY

    alıntı..
#13.05.2019 14:34 0 0 0