Bəhram Xudaverdi oğlu Rəcəbzadə (3 avqust 1991; Urmiya, Iran) — "Altın Kurt" ləqəbli peşəkar Azərbaycan kikboksçusu. Kikboksinq üzrə 3 qat İran və 8 qat super liqa (İran və Türkiyə) çempionu, 3 qat Azərbaycan çempionu, 2009-cu ildə Antalyada keçirilmiş WOF açıq Avropa və 2011-ci il WOF ağır çəkidə (91+) dünya çempionu[1], Asiya çempionu, Avropa 2-cisi, WKF-nın dünya kəməri sahibi, 2013-cü ildə Afinada keçirilmiş WPKA dünya versiya üzrə dünya kəmərinin sahibi, əməkdar məşqçi.