Cabir Novruz Şeirləri

Son güncelleme: 06.01.2022 06:57
  • Allah rəhmət eləsin, böyük şairimiz, gözəl insan. Çox səmimi şeirdir. Ata məhəbbətinin bu şeirdən artıq poetik ifadəsi mümkün deyil. Bu şeiri bəlkə 50 dəfə dinləmişəm və hər dəfə dinləyəndə insan göz yaşlarını saxlaya bilmir.

    Cabir Novruz Şeirləri

    SAĞLIĞINDA QİYMƏT VERİN İNSANLARA


    Bir arzum var, ay adamlar, qoyun deyim,
    Sağlığında qiymət verin insanlara,
    Yaxşılara sağlığında yaxşı deyin,
    Sağlığında yaman deyin yamanlara,
    Yalnız, yalnız sağ olanda,
    Hər kəs əsl qiymətini bilər onda
    Bu sözlərim düz olmasa töhmət edin,
    Sizdən ricə eləyirəm milyon kərə,
    Şairlərə sağlığında hörmət edin,
    Sağlığında heykəl qoyun ölməzlərə
    Gələcəyə çox da ümid bağlamayın,
    Sözünüzü sonralara saxlamayın
    Zəhləm gedir sonralardan,
    Vaxtsız dinən zurnalardan,
    Boşboğazdan, avaradan,
    Toydan sonra nağaradan
    Sağlığında sevindirin təmizləri,
    Siz həyatda bu amalla addımlayın
    Sağlığında ifşa edin xəbisləri,
    Satqınlara sağlığında satqın deyin,
    Tülkü deyin tülkülərə,
    Aslan deyin aslanlara
    Sağlığında qiymət verin insanlara
    Hər kəs bilsin öz yerini
    necə sağdır,
    bu, pislərin həyatını qısaltmaqdır
    yaxşılarının həyatını uzatmaqdır
    bu nədəndir ölən kimi, qəlbimizdə
    adamlara sevgi, hörmət aşıb-daşır
    Ölən kimi yaxşılar da yaxşılaşır

    Yamanlar da yaxşıaşır
    Çirkinlər də təmiz olur ölən kimi
    Yadlar belə əziz olur
    ölən kimi
    xatirələr söyləyirik,
    nekroloqlar qollayırıq,
    hamısını ucdantutma yaxşı deyib
    o dünyaya yollayırıq
    Bu gecikmiş xeyir-dua kimə gərək?
    Bundan məzar böyüyəcək,
    ya ölənmi diriləcək?
    Xoşum gəlmir
    Bu köhnəlmiş adətlərdən,
    Xoşum gəlmir
    Bu sərdabə sevgiərdən,
    hrmətlərdən xoşum gəlmir
    İstəmirəm vaxt-vədəsiz şöhrəti mən,
    Bir an ömrü milyon qızıl ölüm gələ
    dəyişmərəm
    diri üçün iynə boyda hörməti mən
    ölü üçün min heykələ dəyişmərəm
    düz deməsəm, onda məni bağışlayın,
    Ü tutaram uşaqlara,
    qocalara, cavanlara,
    Sağlığında qiymət verin insanlara,
    Yaxşılara sağlığında yaxşı deyin,
    Sağlığında yaman deyin yamanlara

    O VAXT ANAM CAVAN İDİ


    O vaxt annam cavan idi, çox cavan,
    O toyların ziynətiydi, ziynəti
    Amma birdən atam getdi dünyadan
    Mən anamı heç oynayan görmədim

    Kəndimizdə o hamıdan gözəldi,
    Başdan-başa geyinərdi zərxara
    Mağararda təran kimi süzərdi,
    Atam öldü ta getmədi toylara

    Elə bil ki, birdən beli əyildi,
    Uzun qara saçlarına düşdü dən
    Çox cavanlar kama çatdı, sevildi,
    Qız-gəlinlər evdən-evə köçdülər
    Mənim də ki, boy calandı boyuma,
    Amma qəlbim sevinmədi, gülmədi
    Ta anamın həsrət qaldım oynuna,
    Ta anamı heç oynayan görmədim

    Bacıma da bir bahar toy qurdular,
    Axırda da bir "Vağzalı" çalındı
    Hey anamın qabağında durdular,
    O gizləndi çarşabının dalında

    Göz yaşıyla o bacımı ötürdü,
    Dedi, - quzum, Allah sənə yar olsun
    Gəlin bacım bulud kimi tutuldu,
    Anasının bərk boynuna sarıldı

    Qızım köçdü, xoşbəxt olsun, - dedilər,
    Bir oğlun var onun toyun görəsən
    Daha onda, ay Qızıgül bəxtəvər,
    Göz dolusu oynayasan gərək sən

    Bir gün mən də eşq səsinə ayıldım,
    Özümə bir yuva hörmət istədim
    Annam mənə elçi getdi dayımla,
    Müqəddəsdir elimizin adəti

    Sonra annam günü, ayı sanadı,
    Mənsə zaman necə keçdi bilmədim
    Qəribədir mən Qızılgül anamı,
    Toyumda da heç oynayan görmədim

    Bir qış günü vida dedi həyata,
    Atam oldu son istəyi, son sözu
    Nə böyükmüş, nə möhkəmmiş, xudaya,
    Bizim ata-anaların sevgisi

    Belə olub bu millətin keçmişi,
    Heyf, indi onun quru adı var
    Hanı indi atam kimi bir kişi,
    Hanı indi annam kimi qadınlar

    Bəli, o vaxt annam vardı çox cavan,
    O toyların bəzəyiydi, ziynəti
    Nə zaman ki, atam getdi dünyadan,
    Mən anamı heç oynayan görmədim

    SƏN ELƏ BİR VAXTDA RAST GƏLDİN MƏNƏ


    Sən elə bir vaxtda rast gəldin mənə,
    Qurumuş bulağam, bulanmış suyam
    Sən elə bir vaxtda rast gəldin mənə,
    Oxunmuş nəğməyəm, çalınmış toyam

    Nə gücüm çatdı ki, səndən yapışım,
    Nə gücüm çatdı ki, səndən qaçam mən
    Nə odum oldu ki, yanam, alışam,
    Nə sehrim oldu ki, cavanlaşam mən

    Sən elə bir vaxtda rast gəldin mənə,
    Ömrün payız vaxtı, xəzəl çağıydı
    Sən elə bir vaxtda rast gəldin mənə,
    Sənin gəncliyinin gözəl çağıydı

    Nə deyə bildim ki, tutmaz sevdamız,
    Nə deyə bildim ki, tutar bizimki
    Bizimdir səmada axan o ulduz,
    O uzaqda itən qatar bizimdi

    Sən elə bir vaxtda rast gəldin mənə,
    Dayanıb durmuşdum yol ayrıcında
    Sən elə bir vaxtda rast gəldin mənə,
    Bir üzüm cavandı, bir üzüm qoca

    Nə deyə bildim ki, sevən çağımdı,
    Nə dedim sevirəm, mənə dayaq ol
    Nə deyə bildim ki, mənə yaxın dur,
    Nə deyə bildim ki, məndən uza qol

    Sən elə bir vaxtda rast gəldin mənə,
    Ömrün eşq badəsi içilmiş idi
    Sən elə bir vaxtda rast gəldin mənə,
    Mənzilimin çoxu keçilmiş idi

    Nə deyə bildim ki, ürəksən mənə,
    Nə deyə bildim ki, ürək deyilsən
    Nə deyə bildim ki, gərəksən mənə,
    Nə deyə bildim ki, gərək deyilsən

    Sən elə bir vaxtda rast gəldin mənə,
    Bu necə fəsildi, necə vaxt idi
    Sən elə bir vaxtda rast gəldin mənə,
    Bu necə taleydi, necə bəxt idi

    Nə deyə bildim ki, pənahsızam mən,
    Nə deyə bildim ki, pənah məndədir
    Nə deyə bildim ki, günahsızam mən,
    Nə deyə bildim ki, günah məndədir

    Sən elə bir vaxtda rast gəldin mənə,
    Özüm öz halıma gülmək istədim
    Sən elə bir vaxtda rast gəldin mənə,
    Təzədən dünyaya gəlmək istədim

    GECİKMİŞ MƏHƏBBƏT MAHNISI


    Sən gizli gəlmisən ömrümə, inan,
    Bu gizli eşq ilə yaşayacağam
    Dünyanın ən ağır yükü sayılan,
    Gecikmiş məhəbbət daşıyacağam
    Sən mənim ömrümdə açan çiçəksən,
    Onu ürəyimdə bəsləyəcəyəm

    Sən məni heç zaman görməyəcəksən,
    Mən səni hər zaman gözləyəcəyəm
    Uzaqdan göz qoyub gözünə sənin
    Sanki görəcəyəm Allahımı mən
    Düşüb qarış-qarış izinə sənin,

    Əzbərləyəcəyəm yollarını mən
    Səni zərrə-zərrə kəşf edəcəyəm,
    Səni milyon kərə kəşf edəcəyəm
    Hər günü adınla başlayacağam,

    Hər günü adınla bitirəcəyəm
    Səni röyalarda oxşayacağam,
    Səni xəyallarda itirəcəyəm,
    Sən məni heç zaman duymayacaqsan,

    Mən bütün ömrünü izləyəcəyəm,
    Sən mənə məhəl də qoymayacaqsan
    Mən səni həmişə səsləyəcəyəm,
    Hər gün məni üçün doğulacaqsan,

    Hər gün mənim üçün yox olacaqsan
    Mənim sevincim də sən olacaqsan,
    Mənim kədərim də sən olacaqsan
    Mən sənin adına hər saat, hər an,
    Qəlbimdə məktublar yollayacağam
    Sən heç vaxt fikrimdən çıxmayacaqsan,
    Mən heç vaxt yadında qalmayacağam
    Beləcə həsrətlə qocalacağam,
    Belə enəcəyəm, ucalacağam
    Keçib hər alovdan, keçib hər oddan
    Böyük əzabından şad olacağam,
    Sən mənə həyatda ən doğma adam,
    Mən sənə yaddan da yad olacağam,
    Sən ömr edəcəksən ayrı adamla,
    Mən kiməm, nəçiyəm bilməyəcəksən
    Bir gün bu dünyadan sənin adınla,
    Köçüb gedəcəyəm bilməyəcəksən


    Allahım bu qədərmi gözəl izah olunarmış. Dünya necə gozəlmis dedirtdi mənə


    Sağlığında qiymət verin insanlara
#06.01.2022 06:57 0 0 0