Müğənni Röya fevralın 11-də Moskvanın "Crocus City Hall" konsert zalında 3 saatlıq musiqi proqramı ilə çıxış edib.
Lent.az-ın məlumatına görə, konsertdə müğənninin yaxın dostu və həmkarı Rəhim Rəhimli aparıcılıq edib. Rəhim Röyanın konsertində 3 mahnı da oxuyub.
Röya tamaşaçılarına yaddaqalan proqram nümayiş etdirib. Tamaşaçıların çoxu Rusiyada təhsil alan həmvətənlərimiz olub. Müğənnini səhnədə Rusiyada fəaliyyət göstərən rəqs qrupu müşayiət edib.
Fevralın 11-də Yevlaxda 1 nəfərin ölümü, 2 nəfərin isə yaralanması ilə nəticələnən yol qəzası baş verib.
Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Mingəçevir-Aran yolunun 8-ci kilometrliyində "Opel Astra" markalı "02 BX 734" dövlət nömrə nişanlı avtomobil aşıb.
Qəza nəticəsində avtomobildə olan 1963-cü il təvəllüdlü Ağdam rayon sakini Abbasova Təranə Valid qızı ölüb. Onun oğlu, avtomobili idarə edən 1984-cü il təvəllüdlü Abbasov Natiq İlham oğlu isə xəstəxanaya yerləşdirilib. Digər sərnişin isə yüngül xəsarətlər aldığından evə buraxılıb.
Hər bir insanı həyatda yaşadan sevgidir.Sevgisiz insan tənha və qanadsız quşa bənzəyir.Amma asan nəsə olmadığı kimi sevgini də qoruyub,saxlamaq çox çətindir.Hər kəs sevib- sevilə bilər, amma hər bir insan öz sevgisinə qovuşa bilməz
Saç boyanırkən nələrə diqqət etməli?!
- Saç rəngləmədən əvvəl allergiya testi etmək şərtdir. Qulaq arxasına ya da dirsəyinizin iç qisiminə sürtüləcək az miqdarda boya qaşıntı etsə saç boyasını əsla istifadə etməməlisiniz.
- Dərinizdə qaşındı, sızanaq ya da kiçik yaralar varsa, əsla boya etdirməyin; birbaşa olaraq dəri altına boya dəyəcəyindən çox böyük təhlükə ərz edə bilər.
- Əgər saçlarınızı özünüz rəngləyirsinizsə, saçlarınızı rəngləyərkən istifadə ediləcək vəsaitin son istifadə tarixinə çox diqqət yetirin. Bazarda bu cür çox boya satılmaqdadır.
- Boya xaricində açma və ya refle bənzəri işləri qətiliklə öz başınıza evdə etməyin. Bazarda etibarlı markaların bu tip məhsulları var amma bu işin zarafatı yox biləsiniz.
- Salonlarının keyfiyyəti, gigiyenası və iş əxlaqları yaxşı olanlarını seçin. Qiyməti ucuz hər salon pis ola bilməyəcəyi kimi, hər lüks salon da yaxşı olacaq deyə bir qayda yox. İşdən anlamayan həvəskar ruhlu kəslərin açdığı salonlara qətiliklə rəğbət etməyin.
Lent.az müğənnini və yaxınlarını Dubaydakı "İranian Hospital"da tapdı
Xərçəng xəstəliyinə düçar olduğu iddiası ilə əvvəlcə Türkiyəyə, sonra da Dubaya yollanan müğənni Rəqsanə İsmayılovanın başında şiş olmadığı məlum olub. Lent.az Dubayın "İranian hospital" klinikası ilə əlaqə saxlayaraq, hazırda orada olan müğənni Rəqsanənin səhhəti ilə maraqlanıb. Məlum olub ki, Rəqsanə həqiqətən də hazırda həmin xəstəxanada müayinə olunur və onda xərçəng xəstəliyi aşkar edilməyib.
Belə ki, xəstəxananın həkimləri müğənninin qohumları ilə əlaqə yaratmaqda Lent.az-a vasitəçi olublar. Telefonda əvvəlcə özünü təqdim etməyən bir xanım Rəqsanənin səhhətində ciddi narahatlıq olmadığını deyib.
Sonra müğənninin bacısı telefonda sualları cavablandırıb. Bacısı deyib ki, hazırda müğənni reanimasiyadadır, ona sistem köçürülür: "Həkimlər bizə icazə vermir onu görək. Bəzi analizlərin cavab kağızlarını gözləyirik. Lakin biz vaxtından əvvəl şübhəyə düşmüşük, şükür, şiş yoxdur. Rəqsanənin başında şiş yox, maye var, o da əməliyyatla aradan götürüləcək".
Qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycanın tanınmış müğənnisi Rəqsanə xərçəng xəstəliyinə tutulduğunu iddia edib. Müğənni milli.az xəbər portalına müsahibə verib və deyib ki, 7 ildir başında inkişaf edən şişdən xəbərsiz olub, ancaq qəzaya uğradıqdan sonra xərçəngə mübtəla olduğunu xəbər tutub.
Müğənni daha sonra da qeyd edib ki, ola bilsin, Türkiyədə əməliyyat olunsun: "Belə olan halda təxminən 20 gün orada qalacam".
Rəqsanə İsmayılova Türkiyəyə getdikdən sonra ANS telekanalına açıqlama verib, artıq sabah analizin nəticələri ilə tanış olacağını ağlaya-ağlaya xəbər verib. Daha əvvəl əməliyyat üçün hazırlıq gördüyünə baxmayaraq, sonradan türkiyəli həkimlərə etibar etmədiyini açıqlayıb. Üstəlik əlavə edir ki, İranda həkimlər güclü olduğu üçün sabah İrana səfər edəcək.
Lakin İran səfəri qəfildən Dubay "İranian hospital"la əvəzlənib və bu klinikadakı müayinə zamanı, yaxınlarının dediyinə görə, müğənnin xərçəng xəstəsi olmadığı məlum olub.
Bir gün meşədə heyvanlar bir yerə toplanırlar.
Şir deyir:
- İndi heyvanlar arasından gözəllər sağa, ağıllılar isə sola keçsinlər.
Elə şir bunu demişdi ki, heyvanların bir hissəsi sağa, bir hissəsi isə sola keçdilər. Birdən şir gördü ki, meymun ortada durub.
Şir:
- Bəs sən niyə ortada durubsan?
Meymun:
- Nə, indi iki yerə bölünüm
2
Bir gun ata ve üç oğlu oturub yemək yeyirlər. Birdən böyük oğul soruşur-ata sən niyə ilan kimi fısıldayırsan? Biraz keçir ikinci oğul soruşur-ata sən niyə it kimi ağzını şappurdadırsan? Buna dözməyən kiçik qardaş obirilərinin üstünə qışqıraraq deyir: utanmırsız EŞŞƏK BOYDA KİŞİYƏ İTİN SÖZÜNÜ DEYİRSİZ?
3
Bir ushaq yolda dayanan hamilə qadından soruşur. Xala sizin qarnınız niyə belə böyükdü? Qadın cavab verir. Bala mən uşaq gözləyirəm. Bir az ondan aralıda astanovkada dayanan qarnı yeke kişini görüb, ona yaxınlaşır... Dayı bəs siz nə gözləyirsiz? Kişi cavab verir. Oğlum mən avtobus gözləyirəm. Uşaq deyir dayı onda velosiped olsa menə verərsiz?
4
Biri gelib mehellede bashlayir goplamaga:
- Ushaglar, kecen hefte Afrikaya getmishdim.
Ushaglar buna sual verirler:
- Orda goy rengde filler olur, onu nece oldururler?
- Xususi silahla!
- Bes yaxshi, qirmizi filleri?
- Onu tutub bogursan, bashlayir goyermeye sonra goy filler ucun olan silahla oldurursen!
- Bes yashil filleri?
- Onu soyursen, utandigindan qizarir, sonra tutub bogursan, bashlayir goyermeye, sonra da goy filler ucun olan silahla oldurursen!
- Bes sari filleri?
Cavab tapa bilmir:
-Hec sari fil olur? :-)
5
Iki kisi sohbet edir. 1-ci deyir:
- Muharibe vaxti on cehbede vurusurdum 1dusmen gordum. Ozumu yetirib bicaqla ureyini cixartdim. Sonra boyreyini cixartdim. Sonra ciyerini cixartdim.
2-ci dillenir:
- O qeder eziyet cekince basini keserdin de.
- Basin menden qabaq kesmisdiler. ))
6
Muellim birinci sinife gelen shagirdden sorushur:
- Elifbani bilirsen mi?
- Elbette, bilirem!
- Cox gozel!. Onda de gorum "A" herfinden sonra hansi herfler gelir?
Shagird cavab verdi:
- Butun herfler... :-)
7
Muellim Eliden sorushur: - Boyuyende ne olmaq isteyirsen? - Elbette ki, memar. Ozume kuncu olmayan ev tikecem. - Niye gore kuncu olmayan? - Bezdirib meni bu kuncler!..
8
Bir gun Eli bir magazaya girerek saticidan sorusur:
- Qardas sende bir ton kelem var?
Magaza sahibi :
- Yox yoxdu.
Ikinci gun de hemin hadise tekrar olunandan sonra magaza
sahibi fikirlesir ki bir ton kelem tapib satsin cunki bu isde
xeyli pul var.
Ucuncu gun Eli yenE gElib deyir:
- Qardas sende bir ton kelem var?
Magaza sahibi :
- Beli var , alirsan??
eli heyretle cavab verir :
- Yoxee.. Fikirlesirdim sen onu nece satacaqsan?
Abşeron -?
Ağ şəhər pr. - Fəhlə prospekti - Nobel prospekti
1) Ağamalıoğlu - Müqtədir - Səid Rüstəmov
2) Ağamalıoğlu - Rastropoviclər
Axundov Əsədulla - Mehdi Mehdizadə
II Aleksandr sahili - Petrovski nab. - Sahil (Naberejni) - Stalin pr. - Neftçilər pr.
Anaşkin - Ülvi Bünyadzadə
Armyanski - Qorki - Mirzə İbrahimov
Aşağı Cəmbərəkənd - Saraykin - BMT-nin 50 illiyi
Aşağı Dağlıq - Zülfü Adıgözəlov
Aşağı Məzarlıq - Park - Mehdi Hüseyn
Aşağı Priyut - Kamo - S.Rəhimov
Aşağı Təzəpir - Mirzə Fətəli
4-cü Aşırım - Novruzov qardaşları
5-ci Aşırım - akad. Mustafa bəy Topcubaşov
6-cı Aşırım - Xan Şuşinski
7-ci Aşırım - Mağazinni - Osipyan - S.Rüstəm
8-ci Aşırım - Stanislavski - Şərq xalqları - Lenin - Azadlıq
9-cu Aşırım - Solntsev - akad. Mirəli Qaşqay
10-cu Aşırım - Fabritsius - Ceyhun bəy Hacıbəyli
(Azad) Azərbaycan qadını - Mirzəağa Əliyev
Aziatski - Montin - Əlövsət Quliyev
Balaxana şosesi - Moskva pr. - Xətayi pr.
Balaxana - Basin - Füzuli
Baryatinski - Fioletov- Əbdülkərim Əlizadə
Bazar - Hüsü Hacıyev
Beqlyarovski//Bəylərovski - Firdovsi
Beloqorodski pr. - Ağ şəhər pr.-ə bax
Bir may - 1) Dilarə Əliyeva, 2) Çingiz Mustafayev
Birja - Azadlıq - Üzeyir bəy Hacıbəyli
Bolşoy Bulvarnı - Böyük Bulvar-a bax İrəvan - Vaqif
Bolşoy Krepostnoy - Böyük Qala-ya bax
Bolşoy Minaretski - Böyük Minarə-yə bax
Bolşoy Morskoy - Böyük Dəniz-ə bax
Bolşoy Salyanski - Böyük Salyan-a bax
Bondarnı - Dimitrov - Şəmsi Bədəlbəyli
Böyük Bulvar - İrəvan - Vaqif
(Böyük) Cəmbərəkənd - Cəmbərəkənd-ə bax
Böyük Dəniz - Kirov - Bülbül
Böyük Qala - adı dəyişilməyib
Böyük Minarə - Asəf Zeynallı
Böyük Salyan - Müşfiq
Budaqov - Kaspiyski - Şmidt - Rəşid Behbudov
Buxara - Gertsen - Vəli Məmmədov
Buxarski - Buxara-ya bax Gertsen - Vəli Məmmədov
Buynak - Şeyx Şamil
Camaşırxana - 1) Qoqol, 2) Mərdanov qardaşları
Caparidze - Məhəmmədəmin Rəsulzadə
Cadrovı - Azad Azərbaycan qadını - Mirzəağa Əliyev
Cəmbərəkənd - Lermontov
Cicerin - Yusif bəy İbrahimli
Ckalov - Niyazi - Şövkət Ələkbərova
1-ci Dağlıq - Hənifə Ələsgərov
2-ci Dağlıq - Mendeleyev - Qulu Quluyev
3-cü və 4-cü Dağlıq - akad. Mirqasımov
5-ci Dağlıq - Mirzoyan - Feyzulla Qasımzadə
6-cı Dağlıq - Abbas Səhhət
7-ci Dağlıq - Leninqrad pr. - 1) Fətəli xan Xoyski, 2) Nəsib bəy Yusifbəyli
8-ci Dağlıq - Kasparov - Möhsün Sənani
9-cu Dağlıq - İnqilab
10-cu Dağlıq - Sabit Rəhman
11-ci Dağlıq - Məsud Əlizadə
12-ci Dağlıq - Yusif Vəzir Cəmənzəminli
13-cü Dağlıq - Oqtay Kərimov
14-cü Dağlıq - Teymur Əliyev
15-ci Dağlıq - Əbdülvahab Salamzadə
Dar kücə - Poctovı - Ostrovski - Süleyman Tağızadə
Darvin - Fikrət Əmirov
Dekabristlər - Dağlı Yunis
Dəvəci - Sereteli
Dimitrov - Şəmsi Bədəlbəyli
Divicinski - Dəvəci-yə bax
Dobrolyubov - İzzət Həmidov
Doktor - Adil Babayev
9 yanvar - Xaqani
Dvortsovı - Müslüm Maqomayev
Dzerjinski - Əhməd bəy Ağaoğlu
Engels - Məhəmmədyusif Cəfərov - Cəfərov qardaşları
S.Əfəndiyev - Vladislav Plotnikov
Əli Bayramov - Təbriz Xəlil Rza oğlu
Əyri kücə - Kolomiytsev - ?
Əzizbəyov - İslam Səfərli
Fabritsius - Ceyhun bəy Hacıbəyli
Fioletov - Əbdülkərim Əlizadə
Füzuli - Nizami
Gertsen - Vəli Məmmədov
Georgiyev - Cəlil Məhəmmədquluzadə
Gimnaziceski - Tolstoy
Haşımov meydanı - Gənclər meydanı
İskra - Əli bəy Hüseynzadə
İrəvan - Vaqif
Kaqanovic - Əliheydər Qarayev - Əhməd Cavad
amenisti - Şors - Bəşir Səfəroğlu
Kamo - S.Rəhimov
Karantin - Pioner - Həzi Aslanov
Kasparov - Möhsün Sənani
Kaspiyski - Budaqov - Şmidt - Rəşid Behbudov
Ketsxoveli - akad. Şamil Əzizbəyov
Kirpicni - Kərpic
Kladbişenski - Məzarlıq-a bax
Knunyants kecidi - Natəvan döngəsi
Kolodezni - Ağamalıoğlu - Rastropoviclər
Kolomiytsev - ?
Kolyubakin - Yefim Saratovets - Nigar Rəfibəyli
Kooperativ - Yusif Məmmədəliyev
Korqanov - Rəsul Rza
3-cü Köndələn - Qafur Məmmədov
Krasnı - Qırmızı əsgər-ə bax
Krasnı Asker- Qırmızı əsgər-ə bax
Krasnoarmeyski - Qırmızı əsgər-ə bax
Krasnokrestovski - Buynak - Şeyx Şamil
Krasnopresnenski - Füzuli - Nizami
Krasnovodski - Səməd Vurğun
Krayni krivoy - akad. Abdulla Qarayev
Krivoy - Əyri kücə-yə bax
Krupskaya - Əlimərdan bəy Topçubaşov
Kubinski - Quba-ya bax
Qabışev - İ.İsmayılov
Qaqarin - Afiyəddin Cəlilov
Qamaleya - Fuad İbrahimbəyov
1-ci Qanlıtəpə - Sverdlov - Salatın Əsgərova
3-cü Qanlıtəpə - M.Qasımov - Sahib Zeynalov
4-cü Qanlıtəpə - Ruhulla Axundov
5-ci Qanlıtəpə - S.Əfəndiyev - Vladislav Plotnikov
6-cı Qanlıtəpə - 8 Mart - Eldar Tağızadə
7-ci Qanlıtəpə - Dobrolyubov - İzzət Həmidov
8-ci Qanlıtəpə - Dağıstan
10-cu Qanlıtəpə - Hüseynqulu Sarabski
11-ci Qanlıtəpə - Vəzirov
Qarayev Əliheydər - Əhməd Cavad
Qasım İsmayılov - Zərgərpalan
M.Qasımov - Sahib Zeynalov
Qəssabbazar - Kolyubakin - Yefim Saratovets - Nigar Rəfibəyli
Qırmızı əsgər // Qırmızı ordu// Qırmızı - Bünyad Sərdarov - Neftçi Qurban Qorcakov - Malıgin - Hacı Zeynalabdin Tağıyev
Qorki - Mirzə İbrahimov
Quba - Qubanov - Zivər bəy Əhmədbəyov
Qubanov - Zivər bəy Əhmədbəyov
Qubernski - Krasnopresnenski - Füzuli - Nizami
Lalayev kecidi - Knunyants kecidi - Natəvan döngəsi
Lebedinski dön. - 1-ci Ckalov dön. - Niyazi - Şövkət Ələkbərova
Lenin - Azadlıq
Leninqrad pr. - 1) Fətəli xan Xoyski, 2) Nəsib bəy Yusifbəyli
Lüksemburq Roza - Kövkəb Səfərəliyeva
Mağazin - Osipyan - S.Rüstəm
Malağan - 9 yanvar - Xaqani
Malı Morskoy - Todorski - ?
Malıgin - Hacı Zeynalabdin Tağıyev
Mariinski - Korqanov - Rəsul Rza
Maştağinski - Əlibaba Dadaşov
Melnicni - H.Qurbanova
Mendeleyev - Qulu Quluyev
Menjinski - Həqiqət Rzayeva
Merkuryevski - Şaumyan - Azərbaycan
Məmmədov Bülbül - Naxçıvani
Məzarlıq - Park - Mehdi Hüseyn
Mixaylovski - Zevin - İncəsənət - Həsən Əliyev - Əziz Əliyev
Milyonnı - Darvin - Fikrət Əmirov
Milyutinski - Trotski - Myasnikov - Tərlan Əliyarbəyov
Minarət - Asəf Zeynallı
Mirzoyan - Feyzulla Qasımzadə
Molokanski - Malağan-a bax
Montin - Əlövsət Quluyev
Moskva pr. - 1) Xətayi pr., 2) Moskva pr.
Q.Musabəyov - Nemət Quluyev
Musəvi - Məhəmmədsadıq Əfəndiyev
Müqtədir - Səid Rüstəmov
Myasnikov - Tərlan Əliyarbəyov
Naberejni - Sahil-ə bax
Naberejni Aleksandra II - II Aleksandr sahili-nə bax
Naqornı - Dağlıq-a bax
1) Nərimanov (1920-30-cu illərdə) - Çkalov - Niyazi - Şövkət Ələkbərova
2) Nərimanov (1960-80-ci illərdə) - 1) Hüseyn Cavid, 2) Parlament
Nəvai - Koroğlu Rəhimov
Nikolay - Parlaman - Kommunist - İstiqlaliyyət
Nijni Cəmbərəkəndski - Aşağı Cəmbərəkənd-ə bax
Nijni Kladbişenski - Aşağı Məzarlıq-a bax
Nijni Naqornı - Aşağı Dağlıq-a bax
Nijni Priyutski - Aşağı Priyut-a bax
Nijni Təzəpirski - Aşağı Təzəpir-ə bax
Nobel pr. - Fəhlə pr. - Nobel pr.
Ofiserski - Musəvi - Məhəmmədsadıq Əfəndiyev
Olginski - Caparidze - Məhəmmədəmin Rəsulzadə
Orlovski - Ağamalıoğlu - Müqtədir - Səid Rüstəmov
Osipyan - S.Rüstəm
Ostrovski - Süleyman Tağızadə
1-ci Paralel - İskra - Əli bəy Hüseynzadə
2-ci Paralel - Bala Məcidov
3-cü Paralel - M.Əbilov
4-cü Paralel - Sübhi Salayev
5-ci Paralel - Qamaleya - Fuad İbrahimbəyov
6-cı Paralel - Bülbül Məmmədov - Naxçıvani
7-ci Paralel - Bəsti Bağırova
Park - Mehdi Hüseyn
Pereval - Aşırım-a bax
Persidski - Poluxin - Murtuza Muxtarov
Petrovski nab. - Naberejni - Stalin pr. - Neftcilər pr.
Pioner - Həzi Aslanov
(Köhnə) Poct - Ostrovski - Süleyman Tağızadə
(St.) Poctovı - (Köhnə) Poçt-a bax
(Köhnə) Polis - Kooperativ - Yusif Məmmədəliyev
(St.) Poliseyski - Köhnə Polis-ə bax
Poluxin - Murtuza Muxtarov
3-cü Poperecni - 3-cü Köndələn-ə bax
Poroxovoy - Spandaryan - Qarabağ
Pozenovski - Engels - Məhəmmədyusif Cəfərov - Cəfərov qardaşları
Pracecni - Camaşırxana-ya bax
Proletar - Vidadi
1-ci Razyezdnoy - M.Qədirli
2-ci Razyezdnoy - Dekabristlər - Dağlı Yunis
Rıleyev - Ə.Əlizadə
Romanovlar - 28 aprel - 28 May
Sadovı - Nərimanov - Ckalov - Niyazi - Şövkət Ələkbərova
Sahil (Naberejni) - Stalin prospekti - Neftcilər prospekti
Saraykin - BMT-nin 50 illiyi
Sergeyev - Qabışev - İ.İsmayılov
Serkovnı - Proletarski - Vidadi
8 Mart - Eldar Tağızadə
Sisianov - Əli Bayramov - Təbriz Xəlil Rza oğlu
1-ci sloboda - Rıleyev - Ə.Əlizadə
2-ci sloboda - Çapayev - Təbriz
3-cü sloboda - Klara Setkin
4-cü sloboda - Yəhya Bakuvi
5-ci sloboda - Aşıq Alı
Solntsev - akad. Mirəli Qaşqay
Sovet - N.Nərimanov
Spandaryan - Qarabağ
Spasski - Q.İsmayılov - Zərgərpalan
Stalin prospekti - Neftcilər prospekti
Stanislav - Şərq xalqları - Lenin - Azadlıq
Suraxanı - Bir may - 1) Dilarə Əliyeva, 2) Çingiz Mustafayev
Sverdlov - Salatın Əsgərova
Svoboda - Üzeyir bəy Hacıbəyli
Şah - Mirzə Fətəli
Şamaxı - C.Cabbarlı
Şaumyan - Azərbaycan
Şərq xalqları - Lenin - Azadlıq
Şirşov - Almas İldırım - Həsən Abdullayev
(l-t) Şmidt - Rəşid Behbudov
Şors - Bəşir Səfəroğlu
Tatar - Krupskaya - Əlimərdan bəy Topcubaşov
Tatyana - Fabritsius - Ceyhun bəy Hacıbəyli
Telefon - Romanovlar - 28 aprel - 28 May
Telnov - ?
Təzəpir - Sovet - Nərimanov
Todorski - ?
Torqovı - Nizami
Trotski - Myasnikov - Tərlan Əliyarbəyov
Tverskoy - Mirzə Mənsur
Uritski - Əbdüləzəl Dəmirçizadə
Uzki ulitsa - Dar kücə-yə bax
Vağzalnı - Puşkin
Vaqif - Həsən Seyidbəyli
Vanilov - Tələt Şıxəliyev
Varvarinski - Menjinski - Həqiqət Rzayeva
Velikoknyajeski - Olginski - Caparidze - Məhəmmədəmin Rəsulzadə
Verxni Kladbişenski - Yuxarı Məzarlıq-a bax
Verxni Naqornı - Yuxarı Dağlıq-a bax
Verxni Priyutski - Ketsxoveli - akad. Şamil Əzizbəyov
Verxni Təzəpirski - Yuxarı Təzəpir-ə bax
Vladimir - Roza Lüksemburq - Kövkəb Səfərəliyeva
Vodovoznı - Şirşov - Almaz İldırım
Vorontsov - Əzizbəyov - İslam Səfərli
Voroşilov - Darvin - Fikrət Əmirov
Voznesenski - Cicerin - Yusif bəy İbrahimli
Vrangel - Zinovyev - Kaqanovic - Əliheydər Qarayev - Əhməd Cavad
Yefim Saratovets - Nigar Rəfibəyli
Yuxarı Dağlıq - Abdulla Şaiq
Yuxarı Məzarlıq - Vaqif - Həsən Seyidbəyli
Yuxarı Təzəpir - Mustafa Sübhi
2-ci Zavağzal - Anaşkin - Ülvi Bünyadzadə
3-cü Zavağzal - Q.Musabəyov - Nemət Quluyev
4-cü Zavağzal - Kazımzadə Abbasqulu
5-ci Zavağzal - Əliağa Vahid
7-ci Zavağzal - Vanilov - Tələt Şıxəliyev
8-ci Zavağzal - Dzerjinski - Əhməd bəy Ağaoğlu
9-cu Zavağzal - Uritski - Əbdüləzəl Dəmirçizadə
10-cu Zavağzal - Qədirbəyova
11-ci Zavağzal - Nəvai - Koroğlu Rəhimov
12-ci Zavağzal - Qafur Rəşad Rzazadə
13-cü Zavağzal - İzzəddin Həsənoğlu
Zavedenski - Krasnoarmeyski // Krasnı - Bünyad Sərdarov - Neftçi Qurban
1-ci Zavod - Qaqarin - Afiyəddin Cəlilov
2-ci Zavod - Firuz Qəmbərov
3-cü Zavod - Sabit Orucov
4-cü Zavod - Əsədulla Axundov - Mehdi Mehdizadə
5-ci Zavod - Telnov - ?
6-cı Zavod - Süleyman Vəzirov
9-cu Zavod - Kamandar Əhmədov
Zevin - İncəsənət - Həsən Əliyev - Əziz Əliyev
Zinovyev - Kaqanovic - Əliheydər Qarayev - Əhməd Cavad
Xalq artisti Zülfiyyə Xanbabayeva "Tərzlərin üç dövrü" adlı yeni layihə çərçivəsində xarici görünüşündə dəyişiklik edib.
Lent.az-ın məlumatına görə, sənətçinin saçı və makiyajı ilə Dmitri İskakov və vizajist Kristina Berdzeneşvili məşğul olub.
Qeyd edək ki, Zülfiyyə Xanbabayevadan başqa, Brilliant Dadaşova və Aygün Kazımova da son onilliyi müxtəlif imiclərlə yenilənmiş obrazlarla təqdim edəcək. "Tərzlərin üç dövrü" layihəsində səksəninci illərdən bu günə qədər olan zaman kəsiyi fərqli çalarla təqdim olunacaq. Müğənnilər fotoşəkillər və videoçarxlarla fantastik əhval-ruhiyyə yaradacaqlar.
Layihə üçün hazırda xüsusi mahnılar yazılır və bu mahnıları sözügedən müğənnilər birlikdə oxuyacaq.
Lalə Yusifqızı
Hərbçilər arasındakı insident nəticəsində bir əsgər öldürülüb
Fevralın 6-da işğalçı Ermənistan ordusunun işğal etdiyi Qarabağdakı hərbi hissələrindən birində atışma baş verib. Lent.az-ın "news.am" saytına istinadən verdiyi məlumata görə, atışma nəticəsində 1992-ci il təvəllüdlü Qevorq Andranikoviç Kotinyan həyatını itirib.
1846. Alman avtomobil konstruktoru Vilhelm Maybax anadan olub
1881. Rus yazıçı Fyodr Dostoyevski vəfat edib
1905. Rusiya hakim dairələrinin təhriki ilə ermənilərin Bakıda azərbaycanlılara qarşı törətdiyi qırğın başa çatıb
1920. Parisdə imzalanan müqavilə ilə Şpitsberqen adasının statusu müəyyən edilib
1924. Azərbaycan SSR Mərkəzi İnqilab Komitəsinin dekreti ilə Naxçıvan muxtar diyarının Naxçıvan Muxtar Sovet Sosialist Respublikasına (Naxçıvan MSSR) çevrilməsi təsdiq edilib
1931. 7-ci Ümumazərbaycan Sovetlər Qurultayı başlayıb. Qurultay 16 fevralda başa çatıb
1934. Türkiyə, Yunanıstan, Rumıniya və Yuqoslaviya arasında Balkan sazişi imzalanıb
1948. Beynəlxalq Dəniz Təşkilatı haqqında Konvensiya qəbul edilib
1969. "Boeing 747"-nin ilk uçuşu həyata keçirilib.
1984. Sovet lideri Yuri Andropov vəfat edib
1991. Litva SSR əhalisi referendumda müstəqilliyinə səs verib
1994. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında "Dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə" və bir çox sahələrdə əməkdaşlığa dair protokollar imzalanıb
1995. Azərbaycan Respublikası Bosniya və Herseqovina ilə diplomatik əlaqələr qurub
1996. Almaniyanın Darmştad şəhərində atom kütləsi 277 olan yeni element sintez edilib
2004. "Mozilla Firefox 0.8" web brauzeri satışa çıxarılıb.